Banker.azın məlumatına görə, PaşaBank-ın müştərilərinin onlayn bank və mobil tətbiq vasitəsilə həyata keçirilən əməliyyatlarda çətinliklər yaşanır. Çətinliklərin səbəbi bank tərəfindən araşdırılır və qısa müddət ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsinə dair məlumat verilib.
Məsələ öz həllini tapdıqdan sonra bank müştərilərə məlumat verəcək.