16 C
Baku
Tuesday, April 30, 2024

Böyük Britaniyada “Omikron” ştammına iki yoluxma halı qeydə alınıb

Böyük Britaniyada koronavirusun yeni ştammı olan “Omikron”a iki yoluxma halı qeydə alınıb.

“RİA Novosti”in verdiyi xəbərə görə, bu barədə səhiyyə naziri Sajid Cavid bildirib.

Rumen Radev Bolqarıstanda prezident seçkilərində qalib gəlib
Gürcüstanda son sutkada koronavirusdan 78 nəfər ölüb
Vaksin istehsalçıları bu il 34 milyard dollar xalis mənfəət əldə etməyi planlaşdırır
Keçid
VOLVO CARS
O, həmin şəxslərin izolyasiya olunduqlarını qeyd edib.

Nazir yeni ştammın aşkarlandığı ərazilərdə məqsədli testlərin aparılacağını da diqqətə çatdırıb.

“Bu, göstərir ki, pandemiyanın bitməsinə hələ çox var”, – o vurğulayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Cənubi Afrikada yayılan yeni variantının (B. 1.1.529) narahatlıq yaratdığını bildirmişdi. Yeni ştamm yunan hərfi olan “Omikron” (VOC – narahatlıq variantı kimi təyin edilib) adını alıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər