Bitkoin məzənnəsi bir neçə saat ərzində 5 min dollar artaraq 58.2 min həddə çatıb.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:35-ə olan məlumata görə, dünyanın ən populyar kriptovalyutası hal-hazırda 57.7 min dollara alınıb-satılır. Hesablaşmalara görə, artım 5.5% təşkil edib. Bitkoinin ardınca kapitallaşması çox olan digər altkoinlər də bahalaşıb.
Məsələn, “Ethereum”un qiyməti 7% artaraq 4.3 min dollara çatıb. “Binance Coin” məzənnəsi 4.4% artaraq 610 dollara yüksəlib. Ümumilikdə, kriptovalyuta bazarının kapitallaşması 6% artaraq 2.7 trilyon dolları keçib.
Xatırladaq ki, daha əvvəl analitiklər noyabrın sonuna qədər bitkoinin qiymətinin 98 min dollara çatmayacağını açıqlayıb. Buna baxmayaraq, digərləri onun yaxın aylarda 100 min dolları keçəcəyini gözləyir.