Hindistanın “Slice” fintex-startapı 220 milyon dollar cəlb edib, nəticədə şirkətin bazar dəyəri 1 milyard dolları keçib.
Banker.az xəbər verir ki, məlumata görə, raunda “Tiger Global” və “Insight Partners” rəhbərlik edib. Eyni zamanda maliyyələşdirmədə “Sunley House Capital”, “Moore Strategic Ventures”, “Anfa”, “Gunosy”, “Blume Ventures” və “8i” iştirak edib.
Qeyd edək ki, “Slice”in qurucusu Rajan Bajaj 1 milyard dollara çatmağı hələ 2021-ci ilin əvvəlində hədəfləyib. Layihəni tamamlamaq üçün komanda 10 ay vaxt xərcləyib.
“Kapitalın böyük hissəsi layihənin miqyasını artırmaq üçün istifadə ediləcək”, – deyə Bajaj söyləyib. Onun sözlərinə görə, təxminən 600 işçisi olan “Slice” mühəndislər, dizaynerlər və məlumat alimləri də daxil olmaqla, işə qəbulunu genişləndirmək və yeni məhsullar əlavə etmək üçün vasitələrdən istifadə edəcəyini açıqlayıb.
Layihə 2016-cı ildə başladılıb. Tərtibatçılar “Slice”i Hindistan bank kartları bazarında liderlərdən biri kimi yerləşdirirlər. Şirkət hər ay 200 min ədəd istehsal edir.
Onu bazarda fərqləndirən təkliflər arasında taksit proqramları və startap müştərilərə endirimlər etmək üçün brendlərlə əməkdaşlıq edir. “Crunchbase”in hesablamalarına görə, şirkət yarandığı gündən 291 milyon dollar toplayıb.
“Slice” işçilərinə cari maaşlarının 20%-i müqabilində üçgünlük iş həftəsinə keçməyi təklif edib.





