Monoton həyat tərzindən bezmisinizsə və şəxsi inkişafınızda artım görmürsünüzsə hər bir yeni həftənin başlanğıcında özünüzə bu suallarla müraciət edin:
- Keçən həftədə nələri öyrəndiniz? – Əgər bu suala cavab verməkdə çətinlik çəkirsinizsə, deməli dəyişmək zamanı çatıb. Yaşınızın əhəmiyyəti yoxdur, hər həftə yeni şeylər öyrənməli, yeni bilik və vərdişlər qazanmalısınız.
- Keçən həftə əldə etdiyiniz ən böyük nailiyyət hansı oldu? – Nailiyyətləriniz barədə düşünmək özünəinam və məmnunluq hissinin bərpa olunması üçün ən yaxşı vasitədir. Bununla yanaşı, şəxsi inkişafınızı izləmək üçün də bir vasitədir.
- Keçən həftənin ən unudulmaz hadisəsi nə idi və nəyə görə? – Bu suala cavab verməklə özünüzə yeni əyləncələr, məqsədlər, həmçinin əyləncəli zaman keçirmək üsulları kəşf edə bilərsiniz.
- Bu həftə ərzində nail olmalı olduğunuz 1 nömrəli məqsəd hansıdır? – Qalam hər bir şey ikinci dərəcəlidir və “mütləq olan”-a belə diqqət çəkmək lazımdır. Lakin bununla belə ikinci dərəcəli məqsədləri də qətiyyən unutmaq olmaz.
- Həftənin digər günləri gərgin keçməsin deyə, indidən nə edə bilərsiniz? – Təqviminizdə qeydlər aparın, heç bir şeyi unutmayın ki, daha sonradan gərgin keçən həftəniz daha da gərginləşməsin.
- Keçən həftə zamanınızı boş olaraq nəyə israf etmisiniz? – Cavabı tapdıqdan sonra bunu gələcəkdə təkrar etməməyə çalışın. Fikrinizi yayındıran məşğuliyyətlərdən özünüzü uzaqlaşdırın.
- Danışmaq istədiyiniz kimsə varmı? – Mütəmadi olaraq ünsiyyət qurmaq baş verəcək hər hansı mübahisəni özünün kulminasiya nöqtəsinə çatmadan həll etməyinizə imkan yarada bilər. Bu səbəbdən də ətrafınızdakı insanlarla ünsiyyəti qoruyun.
- Qorxularınız nədir? – Hər həftənin başlanğıcında qorxularınıza şüurla yanaşın və onlardan xilas olmaq üçün daim öz üzərinizdə işləyin.
- Növbəti həftə həyatınızın son həftəsi olsaydı onu hansı şəkildə keçirərdiniz? – Həyat qısadır. Ruhunuza yaxın insanlarla daha çox zaman keçirin.