11 C
Baku
Monday, November 25, 2024

“Star” Neft Emalı Zavodunun anbar tutumu 2.2 milyon kubmetrədək artacaq

“Star” Neft Emalı Zavodunun anbar tutumu 1,6 milyon kubmetrdən 2,2 milyon kubmetrə qədər artacaq.

Bu barədə “SOCAR Turkey” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, gündəlik 35 min kubmetr xam neft işləmə qabiliyyətinə malik olan neft emalı zavodunun saxlama tutumu 2020-ci ildə yeni məhsul çənləri layihəsinin tamamlanması ilə 1,9 milyon kubmetrə çatıb: “Səmərəliliyi və əməliyyat rahatlığını artırmaq üçün təxminən 600 milyon dollar əlavə investisiyalar qoyulur. Bu investisiyalar başa çatdıqda, “Star” Neft Emalı Zavodunun anbar tutumu 1,6 milyon kubmetrdən 2,2 milyon kubmetrə qədər artacaq. Bu həcm ildə 11 milyon ton neft emal edən bir neftayırma zavodu üçün ideal ölçüdür”, – deyə baş direktor vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər