13 C
Baku
Sunday, November 24, 2024

Yaponiya uçuş məsafəsi 1000 kilometrədək olan qanadlı raketlər istehsal edəcək

Yaponiya Müdafiə Nazirliyi hərbi gəmilərin və qırıcı təyyarələrin təchiz ediləcəyi qanadlı raketlərin uçuş məsafəsini 1000 kilometrədək artırmaq niyyətindədir.

Bu barədə dekabrın 2-də Yaponiyanın “Nikkei” işgüzar qəzeti məlumat yayıb. Qeyd edilir ki, həmin raketlər 2025-2029-cu illərdə özünümüdafiə qüvvələrinin silah-sursat bazasına daxil ediləcək.

Hazırda Yaponiya özünümüdafiə qüvvələrinin malik olduğu qanadlı raketlərin uçuş məsafəsi təqribən 100 kilometrdən çoxdur. Bildirilir ki, qanadlı raketlərin uçuş məsafəsinin artırılması Asiya-Sakit okean regionunda son vaxtlar müşahidə edilən silahlanma ilə əlaqədardır.

Əlavə olaraq qeyd edilir ki, Yaponiya Müdafiə Nazirliyi uzaq məsafəli raketlərin istehsalı barədə məsələni cari maliyyə ilində irəli sürüb və yaxın gələcəkdə hərbi gəmilərin və təyyarələrin həmin raketlərlə təchiz olunması nəzərdə tutulur. Bununla əlaqədar hazırlıq işlərinə 100 milyard yen (892 milyon dollar) vəsaitin ayrılacağı bildirilir.

Həmçinin yeni raketlərin müdafiə məqsədilə, Yaponiyaya atış açan düşmən gəmilərinə qarşı tətbiq olunacağı qeyd edilir. Bununla əlaqədar sınaqların 2025-ci maliyyə ilində başa çatdırılması, 2026-2028-ci illərdə isə gəmi və təyyarələrin bu raketlərlə təchiz edilməsi nəzərdə tutulur.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər