“Kəşfiyyat xidmətimiz bütün ssenariləri, o cümlədən ən pis variantı təhlil edir”.
Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
O bildirib ki, Rusiya ilə Ukrayna sərhədində genişmiqyaslı hərbi gərginliyin yanvarın sonunda artacağı ehtimal olunur:
“Bizim vəzifəmiz isə eskalasiyanın qarşısını almaqdır. Tərəfdaşlarımızla birlikdə nə qədər yaxşı işləsək, eskalasiya təhlükəsi bir o qədər az olacaq. Biz proseslərin diplomatik həllində maraqlıyıq. Odur ki, tərəfimizdən hansısa təxribat ola bilməz”.