Azərbaycanda sığorta haqlarının 77%-i bu 5 şirkətin payına düşür

2021-ci ilin oktyabr ayında Azərbaycanda toplanılmış 705 milyon 700 min manat sığorta haqqının 541 milyon 91 min manatı və yaxud 76.7%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər “PAŞA Həyat Sığorta” (257 860 min manat), “PAŞA  Sığorta” (157 705 min manat) ASC-lər, “Dövlət Sığorta Kommersiya” Şirkəti (53 452 min manat), eləcə də “Qala Sığorta” (37 880 min manat) və “Atəşgah Həyat Sığorta” Şirkəti  (34 194 min manat) ASC-lərdir.

Oktyabr ayında ən az yığım edən şirkətlər isə “Naxçıvansığorta” (1 milyon 967 min manat), “Meqa Həyat Sığorta” (382 min manat) sığorta şirkətləridir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər