6 C
Baku
Sunday, December 15, 2024

Özəl bankların kredit qoyuluşları azalıb

1 Mart tarixində ölkədə özəl banklar tərəfindən verilən kreditlər azalıb

Banker.az Mərkəzi Banka istinadən məlumat verir ki, 20 697.2 mln manat olan kredit qoyuluşunun 12 699.1 mln manatı 61% -i özəl banklar tərəfindən qoyulub. Ötən ay isə bu göstərici 62.6% təşkil edirdi.  Belə ki, son bir ay ərzində 1 070.1 mln manat artım olmasına baxmayaraq, özəl bankların xüsusi çəkisində azalma müşahidə olunub.

Dövlət bankları tərəfindən qoyulan kreditlər isə 1 047.6 mln manat artaraq, 7 438.7 mln manat təşkil edib. Dövlət bankları tərəfindən qoyulan kreditlərin xüsusi çəkisi isə 1.5% artaraq 35.9% təşkil edib.

Qeyri-bank kredit təşkilatları tərəfindən qoyulan kreditlər 559.5 mln manat təşkil edib. Xüsusi çəkisi isə 0.3% azalaraq 2.7% təşkil edib.

^741B9B2A6A80ADFD1FC9C823C879D1DC9FD3CC2250E52B0F22^pimgpsh_fullsize_distr

Son xəbərlər
Digər xəbərlər