2021-ci ilin ilk doqquz ayında tədiyyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir
Cari əməliyyatlar balansında $3.9 mlrd. profisit, kapital və maliyyənin hərəkəti hesabında isə $1.5 mlrd. kəsir yaranmış, ehtiyat aktivləri $2.4 mlrd. artmışdır.
Bu dövrdə xam neftin orta qiyməti 62$/barel olmuş, qeyri-neft ixracı isə 38% artaraq $1.7 mlrd. təşkil edib.
Azərbaycan Respublikasının tədiyyə balansında $2.44 mlrd. profisit (ölkəyə daxil olan valyuta çıxanı üstələməsi) olub.
2021-ci ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 3.9 mlrd.$ və ya ÜDM-in 10.7%-
ni təşkil etmişdir (2020-cu ilin 9 ayı üzrə 208.3 mln.$ kəsir olmuşdur). Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansı (CƏB) profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.1 dəfə artaraq $8.2 mlrd., qeyrineft sektoru üzrə CƏB-in kəsiri isə 1.5% artaraq $4.3 mlrd. məbləğində olub.