14 C
Baku
Friday, November 8, 2024

Mənzil bazarında spekulyativ məlumatlar: İctimai rəy niyə çaşdırılır?

Mənzil bazarında qiymətlərin artdığı barədə xəbərlər yayılıb. Bildirilir ki, əsasən də paytaxtın mənzil bazarında bahalaşma müşahidə edilir. Bahalaşmanın tezliklə kəskin həddə olacağı da yayılan xəbərlər arasındadır.

 Əmlak bazarı ilə yaxından tanış olan və araşdırma aparan ekspertlər isə bildiriblər ki, bu kimi xəbərlər doğru deyil. Bahalaşma xəbərləri qəsdən yayılır. Əksinə, bazarda durğunluq və ucuclaşma müşahidə edilməkdədir. Bahalaşma ilə bağlı yayılan məlumatlar ictimaiyyəti çaşdırmaq məqsədi güdür.

Əksər ekspertlərə görə, nağd pul kütləsinin məhdudlaşdığı, kənardan maliyyə axınının azaldığı, insanların iş və gəlir imkanının azaldığı iqtisadi şəraitdə mənzil bazarında kəskin qiymət artımı real görünmür.
“Bizim Yol”un məlumatına görə isə, son bir ildə təklif olunan birotaqlı mənzillərin qiymətində böyük dəyişiklik var: “Əmlak mütəxəssisləri adətən, qiymət artımını faizlə ifadə edirlər, amma reallıqda görünən budur ki, artım kiçik rəqəmlərlə ölçülmür. Ən azından birotaqlı mənzillər üçün… Məsələn, keçən il və hətta manatın devalvasiyasından az əvvəl də bazarda 25-30 min manata birotaqlı mənzillər təklif olunurdu. Bəzən bu qiymətə ikiotaqlı mənzilə də rast gəlmək mümkün idi. Keçən il bu vaxt apardığımız araşdırma zamanı məlum olmuşdu ki, Yasamalda “pod mayak” ikiotaqlı həyət evi 20 min manata satılır. Ya da “Nizami” metrostansiyası civarında nisbətən əlçatan qiymətə xeyli mənzil təklif olunurdu. Hazırda müşahidələr belə rəqəmlərin demək olar ki, yoxa çıxdığını göstərir. Bir və ikiotaqlı mənzillərdə ortalama qiymət 80-100 min dollar arasındadır. Ən ucuz mənzil 55-60 min manatdan başlayır, həm də belələri 5-6-cı zonalarda təklif olunur. Mərkəzdə əlçatan qiymətə ev tapmaq mümkün deyil, bahalı təkliflər sayca üstünlük təşkil edir”.
Qəzet həmçinin bildirir ki, ilkin mənzil bazarında qiymətlər xeyli yüksək olduğundan tələbat da daha çox təkrar mənzillərədir.
1423222213_1421227219_nurtttrrrƏmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, müşahidə edilən cüzi bahalıq manatın kursunun dəyişməsi, dolların bahalaşması ilə bağlıdır. Satıcılar mənzilləri artıq manatla deyil, dollarla təklif etdiyindən, arada fərq yaranır: “Belə baxanda, əslində nominal qiymətlə bahalaşma yoxdur. Sadəcə, manatın dəyərinin aşağı düşməsi ilə bağlı evlərin qiymətində on faizdən bir qədər çox bahalaşma var. Amma bu bahalaşma müvəqqəti bahalaşmadır. Fevralın üçüncü dekadasında başlayıb və martda davam edib. Yəqin ki, aprel-may ayında bu artım sönəcək. Yay aylarında demək olar ki, qiymətlərin stabilləşməsi daha sonra isə düşməsi ehtimal olunur. Yəni bu artım aktivliyin və yaxud da əhalinin gəlirlərinin artması ilə bağlı deyil. Ona görə də bu, müvəqqəti xarakter daşıyır”.
ramil_osmanli_595Ekspert Ramil Osmanlı isə qeyd edib ki, bahalaşma xəbərləri real deyil və vəziyyəti qarışdırmağa edilən cəhdlərdir: “Münasibətim budur ki, absurd bir fikirdir. Bu, bazarda spekulyasiya üçün əlavə imkanlar yaradır. Bu cür fikirlərin indiki həssas məqamda bu şəkildə bazara, yəni ictimaiyyətə ötürülməsi ictimai rəyi çaşdırır. Təsəvvür edin ki, onsuz da alıcı qıtlığı yaşanan bir dövrdə birdən-birə mənzillərin qiymətinin sürətli, kəskin artımı ilə bağlı informasiya vermək daha zərərli nəticələrə gətirib, çıxara bilər”.
R.Osmanlının sözlərinə görə, bir neçə ayda bazarla bağlı gözləntiləri yoxdur: “Ona görə ki, konkret desək, bazara o qədər inzibati müdaxilələr var ki, müdaxilələrdə nəzəri-iqtisadi cəhətdən irəli sürülən proqnozlar, verilən rəylər, aparılan təhlillər konkret nəticəyə gətirib çıxarmır. Yəni ortaya konkret nəticə qoymur. O baxımdan, düşünürəm ki, proqnoz o vaxt öz dəqiqliyini təsdiq edə bilər ki, inzibati müdaxilələr olmasın. Yəni bazar xaotik vəziyyətdə olmasın. Məsələn, üç ayın içərisində vergi qanunvericiliyində bu istiqamətdə addımlar atılmağa başlayıb. Konkret əmlak alqı-satqısı ilə bağlı vergi yığımlarına başlanır. Həmçinin, devalvasiya baş verib. Mərkəzi Bank rəhbərliyi və bu sahəyə yaxın olan ayrı-ayrı inhisarçılar ipoteka kreditlərində liberal islahatlara gediləcəyi ilə bağlı açıqlamalar verir. Düşünürəm ki, bu cür qeyri-müəyyən situasiyada verilən proqnozların heç bir nəticəsi olmayacaq. Proqnozlar özünü doğrultmayacaq”.
Ekspert Rəşad Əliyev isə bildirib ki, qiymət artımı
Capturevar, söhbət ancaq onun həcmindən gedir:
 “Mövcud olan şərait bir çox insanlarda bir qədər çağqınlıq yaradıb. Ancaq qeyri-adi heç nə baş vermir. Vəziyyət necə proqnozlaşdırılmışdısa, o istiqamətdə də gedir. Martın ilk günlərində biz qiymət ssenarisi haqda proqnoz vermişdik. İlin sonuna devalvasiyadan sonrakı dövr üzrə dollarla ifadə olunmuş qiymətlər üzrə 10-25 faiz enmə, manatla ifadə olunmüş qiymətlər üzrə 11-27 faiz artım proqnozlaşdırılırdı. Hazırda orta qiymətlər həmin intervallara daxil olub və artım manatla orta hesabla 10-12 faiz təşkil edir. Daha çox artım yüksək likvidli mənzillərə aiddir, az likvidli əmlakların dəyəri cüzi artıb. Elə növ əmlaklar var ki, onlar üzrə qiymət artımından danışmağa dəyməz. Bazarda hazırda müəyyən spekulyativ fikirlər səsləndirilir. Məsələn, ipoteka kreditləşməsi ilə bağlı gözləntilər var. Hesab edirlər ki, kreditləşmənin artımı tələbatı artıracaq və qiymətlər yüksələcək. Neftin qiymətinin bir neçə gündə 60 dollardan yuxarı olması optimist baxış formalaşdırıb. Bu, təkcə daşınmaz əmlak bazarına yox, digər sahələrə də aiddir. Həmçinin, manatın devalvasiya gözləntiləri olduğu üçün hesab edirlər ki, vəsait daşınmaz əmlaka yönəlsə, pul qorunar. Bazarda əlavə hadisələr də baş vermişdi. Məsələn, devalvasiyadan öncə bazarda çoxlu sayda real dəyərindən ucuz əmlaklar peyda olmuşdu ki, bunlar təcili satış şəraitində olub. Sonradan onlar yoxa çıxdı. İndi bəziləri həmin qiymətləri bu günki qiymətlərlə müqayisə edir. Bu, yanlışlıqdır. Bunlar müəyyən qədər əsassızdır. Bazara təsir edə biləcək amillər içində ciddi qəbul etdiyim yalnız ipoteka kreditləşməsi ilə bağlı gözləntilərdir. Ancaq mən bu gözləntilərə ümüd bəsləməzdim”.
Son xəbərlər
Digər xəbərlər