Çində pandemiya dövründə böyük dollar ehtiyatı yığan iri korporasiyalarının yuana (CHY) olan tələbinin yüksəlməsi ilə milli valyutanı ABŞ dollarına qarşı xeyli möhkəmləndirib. Ucuzlaşma ötən həfətnin cümə günündən başlayıb.
ABŞ dolları Çin yuanına qarşı 2018-ci ilin 13 mayından bu tərəfə minimuma düşüb. USD/CHY cütlüyünün məzənnəsi 6.3687 səviyyəsinə düşməklə, ticarət sessiyasında 0.14%, eniş edib.
Çin yuanı etibarlı ehtiyat limanı kimi gündəmə gələn ABŞ dolları qarşı son bir ildə 3.2% dəyər qazandı. ABŞ dolları bir çox böyük iqtisadiyyatların, əsas da, inkişaf etmiş ölkələrin hər biri qarşısında dəyər qazanıb. Dolların indeksini formalaşdıran 6 əsas valyutaya qarşı il ərzində önəmli mövqe qazanıb. Məsələn, Avro/dollar cütlüyü bir il öncə 1.2263 səviyyələrindən düşərək 1.1210 səviyyəsinə düşüb. Bu son bir ildə avrozona pulu üçün dollara qarşı 8.8%-lik önəmli dəyər itkisi sayılır.
İngilis funt sterlinqi dollara qarşı bir il öncə 1.3670 səviyyəsində olduğu halda, hazırda 1.2263 səviyyəsinə düşüb. Bu da GBP/USD cütlüyü üçün bir il ərzində 10.3% kəskin eniş sayılır. Yapon yeni 8.1%, Kanada dolları 2.3%, İsveçrə kronu 7% ABŞ dolları qarşısında ucuzlaşıb.
Beləliklə, ABŞ dollarının indeksi son bir ildə 5.6% artımla 96.38 bəndə yüksəlib.
Bir çox investorlar isə Çin hökumət dairələrinin yuanın dollar qarşısında bahalaşmasına müdaxilə edə biləcəyindən də narahatdırlar.