“Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri nəinki səngiməyib, əksinə daha sürətlə inkişaf edib. Hazırda Azərbaycanın xaricə yatırdığı sərmayələrin məbləğinə görə Türkiyə ilk yerdə qərarlaşıb”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda deyib.
Onun sözlərinə görə, hazırda bu sərmayələrin məbləği 19 milyard ABŞ dollarından çoxdur.
“Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırıran ölkələr arasında da Türkiyə birinci yerdə durur”, – nazir əlavə edib.