ABŞ Dövlət katibinin köməkçisi Karen Donfrid Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşəcək.
RİA “Novosti” verdiyi xəbərə görə, ABŞ Dövlət katibinin köməkçisi artıq Rusiya Xarici İşlər Nazirliyinə gəlib.
S. Ryabkovla görüşdə Karen Donfridlə yanaşı, ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan da iştirak edəcək.
Rusiya xarici işlər nazirinin müavini daha əvvəl RİA “Novosti”yə müsahibəsində ABŞ-ın Moskvanın təhlükəsizlik zəmanəti ideyasına maraq göstərəcəyinə ümid etdiyini bildirib. S. Ryabkov əlavə edib ki, K. Donfridlə görüş zamanı Rusiyanın təhlükəsizlik təminatı ideyasının məntiqi və xüsusiyyətləri müzakirə olunacaq.
ABŞ dövlət katibinin köməkçisinin Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Dmitri Kozakla görüşəcəyi də bildirilir.
Görüşlərdə müzakirə mövzularından biri də Ukraynadır.