15 C
Baku
Sunday, November 24, 2024

“Bank Respublika”nın istiqrazlarına 6 investordan 6 sifariş

Bakı Fond Birjasında “Bank Respublika” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

16 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Bank Respublika” ASC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2003002881 dövlət qeydiyyat nömrəli, 10,000,000.00 manat  həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 8.5 % , faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 12,980,000.00 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10,000,000.00 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər