12 C
Baku
Wednesday, December 11, 2024

Taksidən istifadə edənlər 2 dəfədən çox artıb

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1.006 milyard sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% azdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Həmçinin, avtobusdan istifadə edən sərnişinlərin sayı illik müqayisədə 6.2% azalaraq 925.9 mln. nəfərə çatıb.

Hesabat dövründə taksidən istifadə edənlərin sayı isə 2 dəfədən çox artıb. Belə ki, ötən ilin ilk 11 ayı ərzində 40.13 mln. nəfər taksidən istifadə etmişdisə, bu ilin analoji dövründə sərnişin sayı 80.4 mln. olub. Bu isə o deməkdir ki, hesabat dövrünün göstəricisi 2020-ci ilin müvafiq dövrünə nisbətən 200.4% təşkil edir.

Son xəbərlər
Digər xəbərlər