London birjasının məlumatına əsasən, bazar ertəsi, dekabrın 20-də Avropada təbii qazın spot qiyməti 1000 kubmetr üçün 1700 dollardan yuxarı qalxıb.
Banker.az xəbər verir ki, Hollandiyanın TTF mərəzində yanvar ayı üçün qaz fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 11:01-də 1000 kubmetr üçün 1732 dollar təşkil edib. Xatırladaq ki, dekabrın 16-da da bu göstərici 1700 dolları keçib.
Bu payızda Avropada qazın birja qiymətlərinin artımı rekord həddə çatıb. Buna səbəb, digər məsələlərlə yanaşı, Avropanın anbarlarında qaz çatışmazlığı, ehtiyatların son on ildə ən aşağı həddə – keçən ilki 94%-ə qarşı 75%-ə düşməsi olub.