Prezident İlham Əliyevin bu gün nizamnaməsini təsdiqlədiyi İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyəti olacaq.
Banker.az xəbər verir ki, Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək.
Şuranın 4 üzvü İqtisadiyyat Nazirliyinin, 3 üzvü isə Kənd Təsərrüfatı Nazirliyinin, “Azərişıq” ASC-nin və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin (hər qurumdan bir nəfər olmaqla) nümayəndələrindən ibarət olmaqla 7 üzvü var. Şuranın üzvlərini təmsil etdikləri orqanın (qurumun) rəhbəri təyin və azad edir. Şuranın sədrini və sədr müavinini iqtisadiyyat naziri Şura üzvləri sırasından 5 il müddətinə vəzifəyə təyin və vəzifədən azad edir.