7 C
Baku
Thursday, December 12, 2024

“FİNCA Azərbaycan”ın 3 milyonluq faizli borc cəlb edir

13 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FİNCA Azərbaycan” QBKT MMC-nin ümumi dəyəri 3 000 000 manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edib.

27 dekabr 2021-ci il tarixində “FİNCA Azərbaycan” QBKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002019209
İstiqrazların növü və forması: Faizli təmin edilməmiş sənədsiz adlı

İstiqrazların sayı Nominal Dəyəri  

Ticarətə buraxılma tarixi

İllik faiz dərəcəsi Tədavül müddəti Kupon faizlərinin ödəniş müddəti
3 000 (ədəd) 1,000 AZN  

27.12.2021

  12.5 % 2 il Hər 3 aydan bir

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər