-1 C
Baku
Sunday, December 15, 2024

Daha bir bank onlayn ödəniş səhifəsini istifadəyə verdi

Bank BTB AzeriCard Prosessinq Mərkəzi ilə birgə Onlayn Ödəniş Səhifəsini istifadəyə verdi.

Bu səhifəyə “Kredit ödənişləri”, “Əmanət vəsaitlərinin artırılması”, “Plastik Kart balansına vəsaitlərin mədaxili” əməliyyatları daxildir.

Rəsmi saytın Onlayn Xidmətlər bölümündə – Onlayn Ödəniş Səhifəsinə daxil olmaq lazımdır. Yeni açılan səhifədə məlumatların eyniləşdirilməsi üçün Müştəri kodu və Doğum tarixini dolduraraq, bank əməliyyatlarını yerinə yetirmək mümkündür. Müştərinin krediti olduğu halda yatırılan məbləğ avtomatik qaydada kredit qrafikinə uyğun çıxılacaq. Yatırılan vəsaitin ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən artıq olarsa, qalıq məbləğ əsas borcdan çıxılacaq.

Son xəbərlər
Digər xəbərlər