Qazaxıstanda davam edən etirazlar fonunda qlobal ticarət platformalarında uranın qiyməti təxminən 8% artıb.
Bu barədə “Bloomberg” dünya bazarlarında uran qiymətlərini izləyən ixtisaslaşmış “UxC” platformasına istinadən xəbər verir.
“UxC” bildirir ki, uranın 1 funtunun qiyməti 45,25 ABŞ dollarına çatıb, bu da günlük müqayisədə 8% çoxdur.
Bundan əlavə, təbii uranın hasilatı ilə məşğul olan Qazaxıstanın “Kazatomprom” şirkətinin səhmləri London birjasında 8,8% ucuzlaşıb.
Qeyd edək ki, qlobal uran istehsalının təxminən 40%-i Qazaxıstanın payına düşür.