Rusiyanın “Qazprom eksport” və Türkiyənin BOTAŞ neft-qaz şirkəti “Türk axını” qaz kəməri ilə ildə 5,75 milyard kubmetr qazın tədarükü ilə bağlı yeni dördillik müqavilə imzalayıb.
Bu barədə “Qazprom eksport”un açıqlamasında deyilir.
Qeyd olunur ki, “Qazprom eksport” və BOTAŞ dekabrın 30-da qaz tədarükü və qaz-nəqliyyat infrastrukturunun istifadəsi sahəsində əməkdaşlıqla əlaqədar sazişlər paketi imzalayıb.
“2022-ci il yanvarın 1-dən başlayaraq BOTAŞ üçün təbii qazın nəqli il bağlı yeni müqavilə imzalanıb. Müqavilə 4 il müddətində Türkiyəyə “Türk axını” qaz kəməri ilə ildə 5,75 milyard kubmetr qazın nəqlini nəzərdə tutur”, – məlumatda bildirilir.