“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs “Azəri Med” QSC ilə 2 müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, 1-ci müqavilədə Koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 1 356 585 manatdır.
2-ci müqavilədə isə Mövsümi qrip peyvəndlərinin satın alınması nəzərdə tutulur. Bu müqavilənin məbləği 993 324 manatdır.