2021-ci ilin 12 ayı ərzində korporativ istiqrazlar ilə aparılan əməliyyatın həcminə görə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, “PSG Kapital İnvestisiya Şirkəti” QSC və “İnvest-Az İnvestisiya Şirkəti” QSC öndə olublar.
Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir.
“PAŞA Kapital İnvestisiya Şirkəti” 534 milyon 414 min manat ticarət həcmilə 1-ci, “PSG Kapital İnvestisiya Şirkəti” 296 milyon 777 min manat ticarət həcmilə 2-ci, “İnvest-Az İnvestisiya Şirkəti” isə 283 milyon 279 min manat ticarət həcmilə 3-cü yeri tutub.
Səhmlər ilə ən çox əməliyyatlar “PAŞA Kapital İnvestisiya Şirkəti” (41 milyon 842 min manatlıq), “İnvest-Az İnvestisiya Şirkəti” (15 milyon 456 min manatlıq ) və “Unicapital ” İnvestisiya Şirkəti (13 milyon 61 min manatlıq) tərəfindən aparılıb.
Repo əməliyyatlarının dövriyyəsinə görə “PAŞA Kapital İnvestisiya Şirkəti” və “Unicapital İnvestisiya Şirkəti” müvafiq olaraq 1-ci və 2-ci yeri tutublar.