24 C
Baku
Monday, April 29, 2024

Bakı və Sumqayıtda kafe və restoranlar cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il yanvarın 10-da ölkə üzrə 403 ictimai iaşə obyektində 726 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Sakit Qocayev küçəsində yerləşən, fiziki şəxs Sadıqova Mehparə Neymət qızına məxsus kafe;

2. Bakı şəhəri, Səbail‎ ‎rayonu, Tərlan Əliyarbəyov küç., mən. 24 ünvanında yerləşən, hüquqi şəxs “Namaste” MMC-yə məxsus “Namaste” kafesi;

3. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küç., ev 142b ünvanında yerləşən, hüquqi şəxs “Azemat” MMC-yə məxsus restoran;

4. Sumqayıt şəhəri, 17-ci mikrorayon, Niyazi küçəsində yerləşən, fiziki şəxs Ağazadə Cahid Nadir oğluna məxsus “Zəngəzur” restoranı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər