Məşhur kadr xidməti şirkəti və iş axtarışı platforması olan “Glassdoor” ABŞ-ın ən yaxşı işəgötürənlərinin 2021-ci il üzrə reytinqini hazırlayıb.
2021-ci ildə ABŞ-da insanların ən çox işləmək istədiyi şirkət “Nvidia Corporation” transmilli texnologiya şirkəti olub. İkinci pillədə proqram təminatı məhsullarının tərtibçisi və marketinqi ilə məşğul olan “HubSpot” şirkəti qərarlaşıb. 2020-ci ilin lideri olan “Bain & Company” menecment konsaltinqi şirkəti isə üçüncü pilləyə enib.
Maraqlı yerdəyişmələrə gəldikdə, “Meta” (əvvəlki “Facebook”) texnologiya şirkəti 36 pillə geriləyərək 11-ci yerdən 47-ci yerə enib.
Qeyd edək ki, “Glassdoor” keçmiş və indiki işçilərin rəylərinə, iş şəraitinə, əməkhaqqı və işçilərə verilən digər təzminat növlərinə əsasən şirkətləri təzminat növlərinə əsasən sıralayır.
Ən yaxşı işəgötürənlər reytinqi – TOP-20:
| # | Şirkətlər |
| 1 | Nvidia Corporation |
| 2 | HubSpot |
| 3 | Bain & Company |
| 4 | eXp Realty |
| 5 | Box |
| 6 | Boston Consulting Group |
| 7 | |
| 8 | Veterans United Home Loans |
| 9 | Lululemon |
| 10 | Salesforce |
| 11 | Royal Caribbean Group |
| 12 | NASA Jet Propulsion Laboratory |
| 13 | Five9 |
| 14 | Twilio |
| 15 | Johns Hopkins University Applied Physics Laboratory |
| 16 | Adobe |
| 17 | Akamai |
| 18 | Delta Air Lines |
| 19 | |
| 20 | Rivian |







