14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda dövlət və özəl sektorda çalışanların sayı açıqlandı

2021-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20.4 min nəfər və ya 1.2 faiz artıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla çalışanlar 1 milyon 70.9 min nəfər olmuş, onlardan 905.7 min nəfəri (bir ayöncə: 903.6 min) iqtisadiyyatın dövlət sektorunda, 799.2 min nəfəri  (795 min )isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19.5 faizi təhsil, 18.6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13.0 faizi sənaye, 8.1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7.4 faizi tikinti, 6.6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.4 faizi peşə, elmi və texniki fəaliyyət, 1.8 faizi maliyyə və sığorta fəaliyyəti, 13.7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Son xəbərlər
Digər xəbərlər