Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
General-leytenant S.Abiş bu vəzifəyə 2015-ci ilin dekabrında təyin olunmuşdu.
Qeyd edək ki, o, N.Nazarbayevin kiçik qardaşı Satıbaldının oğludur.