8 C
Baku
Friday, December 13, 2024

“Walmart” öz kriptovalyutasını və NFT kolleksiyasını buraxacaq

ABŞ-ın ən böyük ticarət şəbəkələrindən biri olan “Walmart” virtual mallar satacaq, eyni zamanda öz kriptovalyutasını və NFT kolleksiyasını buraxacaq.

Banker.az xəbər verir ki, 30 dekabr 2021-ci il tarixində pərakəndə satıcı ABŞ Patent və Ticarət Nişanı İdarəsinə ərizə təqdim edib. Bu, şəbəkənin elektronika, ev bəzən əşyaları, oyuncaqlar, idman malları və gigiyena məhsulları daxil olmaqla, virtual malların istehsalı və satışı planlarına işarə edir.

Şirkət buna şərh verməsə də, yeni texnologiyaların gələcəyi necə formalaşdıra biləcəyini daim izlədiyini vurğulayıb.

Xatırladaq ki, daha əvvəl “Nike” şirkəti rəqəmsal “Roblox” dünyasını yaradıb. Orada istifadəçilər rəqəmsal oxşarlar yarada, eləcə də onlara şirkətin istehsal etdiyi paltar və ayaqqabıları geyindirə bilərlər. “Nike” qeyd edib ki, Kibermühit tamamilə pulsuz olacaq, onun köməyi ilə şirkət yeni məhsullarını sınaqdan keçirəcək.

 

Son xəbərlər
Digər xəbərlər