8 C
Baku
Friday, December 13, 2024

“D’Lite” cərimələndi – Tam siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il yanvarın 16-da ölkə üzrə 466 ictimai iaşə obyektində 824 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 83 ünvanında yerləşən, fiziki şəxs Samed Batuhan Çobana məxsus kafe;

2. Bakı şəhəri, Səbail rayonu, Z. Əliyeva küç., ev 97 ünvanında yerləşən, fiziki şəxs Bayramov Bəhram Niyazi oğluna məxsus “D’Lite” restoranı;

3. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Ağaoğlu küç., ev 26 ünvanında yerləşən, fiziki şəxs Dadaşov Ramil Almas oğluna məxsus restoran.

Son xəbərlər
Digər xəbərlər