Neftin qiyməti həftənin çərşənbə axşamına 1 dollardan çox bahalaşmaqla son yeddi ilin maksimumuna yüksəldi. Bu bahalaşmada Yəmən Husi quruplarının Birləşmiş Ərəb Əmirliklərinə hücumu ardından baş verdi.
Siyasi səbəblərdən Liviya və Qazaxısatndakı narahatlıqlar ardından BƏƏ-dəki hadisələrin yaranması neft təchizatı üçün əlavə narahatlıqlar yaratdı.
Brentin London birjasında fyuçerslər üzrə ticarət dəyəri $1.01 yaxud 1.2% artımla $87.48 səviyyəsinə qalxdı, bu da 2014-cü ilin oktyabrın 29-dan bu tərəfə maksimumları yaşaması deməkdir.
ABŞ-ın WTI nefti isə $1.32, yaxud 1.6% artımla $85.14-ə yüksəldi ki, bu da üç ayın ən yüksək zirvəsidir.
BƏƏ Yəmən husilərinin bu hücumuna cavab verəcəyi bir zamanda, qruplaşma BƏƏ-nin daha çox strateji enerji obyektlərinə zərbə edirəcəyinə işarə edib. Dron ilə hücumdan sonra Əmirliyin 3 işçisi həlak olub.
Bununla belə, hazırda neftin qiymətlərini qorumaq yolunda birləşmiş OPEC+ alyansı növbəti aydan neft hasilatını plan üzrə – cəmi 400 000 barrel günlük artıracaq. Öncəki aylarda da omikron ştamına rəğmən OPEC+ artım qərarından çəkinmədi.