Regionun ən böyük özəl aviadaşıyıcısı ola “Silk Vey Holding” MMC-nin (Silk Way Holding, SW Group) nizamnamə kapitalı bir qədər də artırılıb.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, aviaşirkətin nizamnamə kapitalı 900 000 manat, yaxud 14% artırılıb.
Beləliklə, holdinqin kapitalı 6 470 200 manatdan 7 370 200 manata çatdırılıb.
“Silk Vey Holding” 2006-cı ildə yaradılıb. Holdinq “Silk Way Airlines”, “Silk Way West Airlines” və “Silk Way Technics” kimi iri aviaşirkətləri öz strukturunda birləşdirir.
Şirkətin donanmasına “Boeing 747-400F”, “Boeing 747-8F”, “Ilyushin IL-76” və “Ilyushin IL-76TD-90” kimi təyyarələrə sahibdir.