Fevralın 9-da “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Zamin Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
Bu barədə bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Xatırladaq ki, söhbət Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi, ev 4, mənzil 50 ünvanında yerləşən yaşayış sahəsindən (ümumi sahəsi 53,6 kv.m) və qeyri-yaşayış sahəsindən (zirzəmi, ümumi sahəsi 25,9 kv.m) gedir. Əmlaka 245 min manat qiymət qoyulub.