16 C
Baku
Friday, October 18, 2024

“Pfizer”in rəhbəri koronavirusla bağlı açıqlama verib

“Pfizer” əczaçılıq şirkətinin baş direktoru Albert Burla hesab edir ki, COVID-19 koronavirusu bir neçə il yox olmayacaq, lakin bəşəriyyətin əlində olan vasitələr tezliklə onların əvvəlki həyatlarına qayıtmasına imkan verəcək.

Banker.az xəbər verir ki, “Pessimist görünmək istəmirəm, amma inanıram ki, biz bir neçə il məhv edilməsi çox çətin olan bu virusla yaşamalı olacağıq. O, bütün dünyaya yayılıb, eyni insanı bir neçə dəfə yoluxdura bilir və müxtəlif formalara çevrilir”, – deyə Albert Burla söyləyib.

“Omikron” ştamının pandemiyanın sonu deməkdirmi sualına cavab verən rəhbər, “bunu heç kim bilə bilməz” deyib.

“Məsələ virusun yox olub-olmamasında deyil, normal həyata qayıtmağımızdadır. Düşünürəm ki, yazda buna nail olacağıq, xüsusilə ixtiyarımızda olan vasitələr sayəsində: testlər, peyvəndlər və evdə qəbul edə bildiyimiz preparatlar”, – şirkətin baş direktoru əlavə edib.

Son xəbərlər
Digər xəbərlər