Banker.az xəbər verir ki, Baş nazir Əli Əsədov aşağıdakı qurumların işçilərinin orta aylıq vəzifə maaşının artırılması ilə bağlı qərar imzalayıb:
- Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının,
- AMEA-nın Gəncə bölməsinin aparatının,
- Heydər Əliyev Mərkəzinin,
- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun,
- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin,
- Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun,
- “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin, Azərbaycanda Atatürk Mərkəzinin,
- Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun,
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondunun,
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı,
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm Tədris Mərkəzi,
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin,
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin,
- Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının,
- Azərbaycan Respublikasının dövlət arxivlərinin və onların filiallarının, rayon (şəhər) dövlət arxivlərinin,
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin,
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin,
- Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsinin,
- Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin,
- İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçiləri.