2021-ci ildə məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8% artaraq 3.8 mlrd. manatı keçib və proqnoz 109.9% səviyyəsində icra olunub.
Banker.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün rəsmi twitter səhifəsində paylaşım edib.
Nazir qeyd edib ki, qeyri büdcə təşkilatlarında da müsbət dinamika qeydə alınıb. Bu sahədən məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 15.3% artaraq 2.4 mlrd. manatı ötüb və proqnoz 113.2% yerinə yetirilib.