Azərbaycanda fəaliyyət göstərən “Club Bello Monte” MMC-nin əmlakı dövlət qarşısında yaranmış vergi borcuna görə hərraca çıxarılıb.
Banker.az xəbər verir ki, hərrac elanına əsasən, şirkətə məxsus 6,4 hektar torpaq sahəsi satışa çıxarılıb.
Əmlak Xaçmaz rayonunun Seyidlikəndyeri kəndində yerləşir. Torpaq sahəsinin ilkin satış qiyməti 640 min manat müəyyən edilib.
Dövlət Vergi Xidmətinin məlumatlarına görə, “Club Bello Monte” MMC-nin 25 avqust 2026-cı il tarixinə 16 900,75 manat vergi borcu var.
“Club Bello Monte” MMC 25 iyun 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Telman Mamişov Balaca oğludur. Hüquqi ünvanı Xaçmaz rayonunun Xudat şəhəri, Əzizbəyov küçəsi, 1 ünvanıdır. Şirkətin nizamnamə kapitalı 100 manatdır.







