-1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda tibbi sığorta ödənişi 11 mln. manatdan çox artıb

Ötən il Azərbaycanda  fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 102 mln. 649 min manat sığorta haqqı toplanıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən bildirir ki, bu göstərici illik müqayisədə  1 mln. 85 min artım var.

Hesabat dövründə tibbi sığortalar üzrə şirkətlər tərəfindən 78 mln. 944 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 mln. 75 min manat artıb.

Son xəbərlər
Digər xəbərlər