Ötən il Azərbaycanda sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 39 mln. 672 min manat sığorta haqqı toplanıb, 15 mln. 849 min manat isə sığorta ödənişləri həyata keçirilib.
Banker.az-ın Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim edilən statistikaya əsasən apardığı hesablamalara görə, bu göstəricilər 2020-ci illə müqayisədə müvafiq olaraq 2 mln. 796 min manat (7.6%) və 2 mln. 810 min manat (21.6%) çoxdur.







