2 C
Baku
Saturday, December 14, 2024

“Yastıq altındakı qızılı iqtisadiyyata gətiririk” – Ərdoğan

20 dekabrda ölkə iqtisadiyyatındakı çaxnaşmanı düzəltdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında deyib.

Ərdoğan qızılın yastıq altından iqtisadiyyata daxil edilməsi istiqamətində işlərin davam etdiyini bildirib.

“Dekabrın 20-də açıqlanan tədbirlərlə məzənnəni sabitləşdirdik. Fiziki şəxslərin və investorların valyuta ilə qorunan lirə əmanətlərinə ciddi maraq göstərdiyini görürük. İndiyədək sistemə 163 milyard lirə əmanət köçürülüb. Biz xarici valyuta və qızıl hesablarını məcburi ehtiyatlardan azad etdik. Yastıq altındakı qızılı iqtisadiyyata gətirmək üçün səylərimiz davam edir”, – Ərdoğan əlavə edib.

 

 

Son xəbərlər
Digər xəbərlər