Türkiyə Mərkəzi Bankı 2021-ci ilin üçüncü rübündən start götürdüyü uçot faiz endirimlərinə 2022-ci ilin ilk iclasında fasilə verir.
Banker.az xəbər verir ki, ötən gün Türkiyə Mərkəzi Bankının (TCMB) Pul komitəsi ötən günkü iclasında uçot faiz dərəcəsinə toxunmadı və 14%-də sabit saxladı.
Mərkəzi Bank 2021-ci ilin əvvəlindən ölkədə yüksək inflyasiya səbəbindən sərt pul siyasətinə əl atdı və faizləri 19%-ə qədər yüksəldib, sentyabrdan isə hər ayda 1-2% bəndi azaldaraq noyabrda 14%-ə qədər endirildi. Dekabrda isə sabit saxladı. Hökumət faiz endirimlərinə “yüksək faiz, yüksək inflyasiyadır” devizi ilə başladı.
Bu xəbərdən sonra dollar/TL cütlüyü (USD/TRY) ötən gün 13.37 səviyyəsindən bu gün 13.44 səviyyəsinə qədər artım yaşadı.
Tənzimləyici bazara siqnal verib ki, hədəf çərçivəsi ilə 5%-lik inflyasiya nail olmaq istəyir. Artıq ölkədə rəsmi inflyasiya səviyyəsi 2021-ci ilin dekabrında orta illik 36.08% səviyyəsinə – son iyirmi ilin makximumuna yüksəlib. Müstəqil qiymətləndirmə qurumları inflyasiyanın 83 faizə çatdığını bildirir. 2022-ci ilin yanvarı üçün isə 30% proqnoz edilir.
Mümkündür ki, Mərkəzi Bankın Pul komitəsinin faiz dərəcəsini endirməkdənsə, gözləmə mövqeyinə səbəb də məhz budur.
Bu həftə Türkiyə BƏƏ ilə üç illik 5 mlrd. dollarlıq valyuta mübadiləsi (svop) sazişi imzalayıb və 1 mlrd dollarlıq (bəzi media bunun 1 mlrd. avro olduğunu bildirir) Azərbaycanla eyni saziçi imzalanması üçün danışıqlar aparır.
Türkiyə həmçinin Qətər, Çin, C.Koreya ilə cəmi olaraq 23 mlrd dollarlıq svop anlaşması var.
Bununla belə, Türkiyənin valyuta ehtiyatları bu ayın əvvəlində öhdəliklər nəzərə alındıqda təqribən 110 mlrd. dollar təşkil etsə də, onlar təxminən mənfi 56 mlrd. dollar təşkil edir. Bu da son 20 ilin ən aşağı göstəricisidir.