“Konnekt” MMC səhm bazarına “qapalı” daxil olur.
Banker.az xəbər verir ki, “Konnekt” MMC təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir.
Şirkətin əsası 2005-ci ildə qoyulub,nizamnamə kapitalı 150 manatdır və qanuni təmsilçisi Rəşad Namazovdur.
Qeyd etmək lazımdır ki, hazırda “Konnekt MMC” ölkəmizdə kabel televiziyası sahəsində abunəçilərə ən çox sayda HD kanallar təqdim edən efir-kabel televiziyası operatorudur.