2 C
Baku
Saturday, December 14, 2024

Əhalinin depozitlərində dedollarizasiya davam edir

Azərbaycanda fiziki şəxslərin banklardakı depozitləri yenidən böyüyərək 2021-ci ilin dekabrında 9 milyard 241.5 milyon manata çatıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Fiziki şəxslərin depozitlərinin 5 milyard 452 milyon manatı milli, 3 milyard 789 milyon manat ekvivalenti isə xarici valyutada olub.

Manatda cəlb edilmiş vəsaitlərin həcmi son ayda artsa da, xarici valyutada azalıb. Beləliklə, fiziki şəxslərin depozitlərində milli valyutanın payı 58%-dən 59%, xarici valyutanın payı isə 42%-dən 41%-ə qədər azalıb.

mln. manat Payı
Cəmi milli valyuta ilə xarici valyuta ilə milli valyuta ilə xarici valyuta ilə
Yanvar     8,203       4,048                    4,155 49% 51%
Fevral     8,380       4,180                    4,200 50% 50%
Mart     8,147       4,046                    4,102 50% 50%
Aprel     8,353       4,285                    4,068 51% 49%
May     8,635       4,742                    3,894 55% 45%
İyun     8,435       4,582                    3,854 54% 46%
İyul     8,606       4,761                    3,845 55% 45%
Avqust     8,559       4,731                    3,828 55% 45%
Sentyabr     8,838       4,985                    3,853 56% 44%
Oktyabr     8,887       5,043                    3,844 57% 43%
Noyabr     9,052       5,255                    3,797 58% 42%
Dekabr     9,241       5,452                    3,789 59%

41%

 

Qeyd edilir ki, Azərbaycanda depozitlərin 5 milyard 339 milyon manatı müddətli (yəni illik faiz gəlirli) depozitlər təşkil edir. Bu ötən ilin əvvəlində 4 milyard 752.5 milyon manat olmuşdu. Müddətli əmanətlər son ayda 1.53%, illik isə 11.48% artıb.

Azərbaycanda isə hazırda manatın alıcılıq qabiliyyəti 2020-ci illə müqayisədə 2021-ci ildə 11% illik ifadədə düşüb, inflyasiya baş tutub. Bu o deməkdir ki, əksər depozitlər illik müqayisədə dəyər baxımından nəinki gəlir gətirib, hətta zərərə gedib. Çünki Azərbaycanda fiziki şəxslər üçün depozitlərin illik ödəniş faizi maksimumumu 11%-ə hətta çatmır, ondan aşağıdır.  Xarici valyutada isə 1.35% olmuşdur.

 

Son xəbərlər
Digər xəbərlər