2021-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci illə müqayisədə 78.7% artaraq 1 787 min olub. Gecələmələrin 48.7 %-i Bakıda, 7.9%-i Qəbələdə, 6.7%-i Xaçmazda, 5.9%-i Qubada, 5.8%-i Şabranda, 4.2%-i Lənkəranda, 3.9%-i Qusarda, 2.7%-i Naftalanda, 2.2%-i Naxçıvan Muxtar Respublikasında, 1.6%-i Şamaxıda, 1.5%-i Qaxda, 1.1%-i Masallıda, 1%-i Mingəçevirdə və 6.8%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 2.4 dəfə artaraq 1 372.8 min olub ki, bu da ümumi gecələmələrin 76.8%-ini təşkil edir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 0.6% azalaraq 414.2 min olub ki, bu da ümumi gecələmələrin 23.2%-ini təşkil edir. Gecələmələrin 15.5%-i Türkiyə, 11%-i Rusiya Federasiyası, 9.8%-i Birləşmiş Ərəb Əmirlikləri, 8.1%-i Böyük Britaniya, 3.8%-i İsrail, 3.5%-i Səudiyyə Ərəbistanı, 2.8%-i ABŞ, 2.8%-i İtaliya, 2.7%-i Almaniya, 2%-i Qətər, 1.9%-i Hindistan, 1.5%-i Ukrayna, 1.4%-i Niderland, 1.2%-i Qazaxıstan, 1.2%-i İran, 1.1%-i Belarus, 1.1%-i Küveyt, 1%-i Gürcüstan, 1%-i Fransa, 26.6%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81.1%-i Bakıda, 6.6%-i Qəbələdə, 3%-i Qusarda, 2.6%-i Qubada, 1.9%-i Naftalanda, 1.7%-i Naxçıvan Muxtar Respublikasında, 1.6%-i Şabranda, 1.5%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.