1 C
Baku
Saturday, December 14, 2024

PwC 2022-ci ildə qlobal iqtisadi artımı 4.5% proqnozlaşdırır

Qlobal iqtisadiyyat 2021-ci ildə gözlənilən artım tempindən 5,9% yavaşlayaraq, 2022-ci ildə təxminən 4,5% artacaq.

Bu barədə PricewaterhouseCoopers (PwC) şirkətinin məlumatlarında əks olunub.

Alıcılıq qabiliyyəti pariteti üzrə qlobal ÜDM artımı 2021-ci ildə 6,2%, 2022-ci ildə 4,7% olacaq. 2023-cü ildə qlobal iqtisadiyyat 3,4% genişlənəcək.

Bu arada, PwC analitiklərinin proqnozlarına görə, bazarları və mərkəzi bankları narahat edən qlobal inflyasiya da keçən il 3,2%-ə, bu il isə 3,1%-ə enə bilər.

İlkin ssenari koronavirusun “omikron” ştammının iqtisadi təsirinin məhdud olacağı və peyvəndlərin ağır xəstəliklərə qarşı kifayət qədər qorunma təmin edəcəyi fərziyyəsinə əsaslanır. Əks halda, qlobal ÜDM artımı baza proqnozundan 0,5 faiz bəndi aşağı və tədarük zəncirlərinin pozulmasının qiymət təsiri səbəbindən inflyasiya daha yüksək ola bilər.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər