10 C
Baku
Wednesday, December 11, 2024

Əşyaların interneti ilə bağlı tədbir (IoT-Internet of Things) təşkil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM)tərəfindən keçirilən “IoTuesday” tədbirində Azərbaycanda əşyaların interneti texnologiyalarının tətbiqi üçün əsas faktorlar, IoT texnologiyasının üstünlükləri və tətbiq sahələri barədə müzakirələr aparılıb. Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, 4SİM tərəfindən 2021-ci ilin oktyabr ayından başlayaraq rəqəmsal iqtisadiyyat, süni intellekt, maşın öyrənməsi və əşyaların internetinə həsr olunmuş “IoTuesday” və “frAIday” tədbirləri həyata keçirilir. Məqsəd bu sahədə dövlət qurumlarının, özəl şirkətlərin, elm və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin iştirakı ilə süni intellekt və maşın öyrənməsinin inkişafına dair fikir və təcrübə mübadiləsinin aparılmasıdır.

Qeyd edək ki, 4SİM tərəfindən əşyaların interneti mövzusunda ilk vörkşop 2021-ci ilin dekabrında keçirilib.

Son xəbərlər
Digər xəbərlər