10 C
Baku
Wednesday, December 11, 2024

Avropa Oyunları vaxtı Bakının marşrut şəbəkəsi açıqlandı

Qaydaları pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar

“Bakı-2015” Birinci Avropa Oyunlarının əsas marşrut şəbəkəsi və hərəkət zolaqları açıqlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumatına görə, Birinci Avropa Oyunları zamanı şəhər sakinlərinin və qonaqların rahat və təhlükəsiz nəqliyyat xidmətləri ilə təmin olunması məqsədi ilə yollarda xüsusi qaydalar tətbiq olunacaq. Bu qaydalara Oyunların Əsas Marşrut Şəbəkəsi və Oyunların hərəkət zolaqları daxildir.

• Oyunların Əsas Marşrut Şəbəkəsinə yarış və əsas qeyri-yarış obyektlərini əlaqələndirən avtomobil yolları daxildir. Şəbəkə boyu Oyunlar zamanı istifadə ediləcək, müvafiq yol nişanları ilə təchiz olunmuş xüsusi hərəkət zolaqları yaradılıb.

• Xüsusi hərəkət zolaqlarında yol örtüyü üzərində oyunların rəsmi loqosu əks olunub, zolaq boyunca isə müvafiq yol nişanları quraşdırılıb.

• Oyunların xüsusi hərəkət zolaqlarından may ayının 29-dan iyul ayının 1-dək istifadə edilməsi nəzərdə tutulub.

• Bu zolaqlardan yalnız Avropa Oyunları ilə əlaqəli xüsusi buraxılışları olan, həmçinin qəza-bərpa, təcili tibbi yardım, xilasedici xidmətlərinin və Dövlət Yol Polisinin nəqliyyat vasitələri istifadə edəcək.

• Ümumi istifadədə olan və fərdi şəxslərə məxsus nəqliyyat vasitələri yolun digər zolaqları üzrə hərəkət etməlidir.

• Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən, habelə fərdi şəxslərə məxsus və digər xidməti nəqliyyat vasitələrinin Oyunların xüsusi hərəkət zolağından istifadə etməsi və bu zolaqlarda dayanma, durma və parklanması qəti qadağandır.

• Bu qaydaları pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar.

• 29 may tarixindən etibarən bu zolaqlar fasiləsiz olaraq 24 saat Dövlət Yol Polisi və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən həm müşahidə kameraları, həm də yollardakı Dövlət Yol Polisinin yol-patrul əməkdaşları vasitəsilə nəzarətdə saxlanılacaq.

Capture

Lent.az

Son xəbərlər
Digər xəbərlər