İngilis hərracı (və yaxud birbaşa hərrac) – hazır ki və gələcək hərraclar üçün minimal dəyərin təyin edilməsi əsasında keçirilən hərracdır ki, proses zamanı soruşulan məbləğ daim olaraq artırılır. Yekun qiymət alıcılar tərəfindən təklif edilmiş son maksimum həddə məbləğ əsasında təyin edilir.
İngilis hərracı aşağıdakı kimi ola bilər:
Birbaşa: Birbaşa ingilis hərracı zamanı qiymət ya hərrac aparıcısı tərəfindən, ya da hərrac iştirakçıları tərəfindən qaldırılır. Sarıcı ilkin qiymət təyin edir, daha sonradan isə alıcılar ilkin qiymətdən çox qiymət təklif edərək rəqabətə başlayırlar. İştirakçılar rəqibin təkliflərindən asılı olaraq öz təkliflərinə yenidən baxmaq imkanına sahibdirlər. Hərrac rəqabətinin sona çatdığı an ən yüksək məbləği səsləndirən şəxs qalib gəlir.
Geri dönən: Bu növ ingilis hərracında sifarişçi rolunu alıcı oynayır. O məhsul üçün ödəməyə hazır olduğu maksimum məbləği təklif edir. Satıcılar daim qiyməti azaldaraq ona təkliflər edirlər. Qiymət alıcının təklif etdiyi məbləğə satıcı tapılana qədər endirilir.