10 C
Baku
Saturday, November 23, 2024

ABŞ səfirliyi yenidən amerikalıları Ukraynanı tərk etməyə çağırıb

ABŞ səfirliyi öz vətəndaşlarını yenidən Ukraynanı tərk etməyə çağırıb və Ukraynanı tərk etmək üçün ölkələrin siyahısı ilə yol xəritəsi dərc edib.

Bu barədə məlumat Amerika səfirliyinin saytında yerləşdirilib.

Məlumatda qeyd edilir ki, Ukraynada təhlükəsizlik vəziyyəti Rusiyanın hərbi əməliyyatlarının artan təhdidləri səbəbindən gözlənilməz olaraq qalır və bu vəziyyət xəbərdarlıq edilmədən daha da pisləşə bilər:

“Ukraynadakı ABŞ vətəndaşları kommersiya və ya digər şəxsi avtomobillərdən istifadə edərək ölkəni indi tərk etməyi düşünməlidirlər. Dövlət Departamentinin böhran dövründə nə edə biləcəyi barədə məlumatları izləyin”.

Evakuasiya üçün marşrutlar isə aşağıdakı kimi verilib:

Gedişlər Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Moldova vasitəsilə həyata keçirilir. Eyni zamanda qeyd edilir ki, Dnestryanı ərazisi ilə gediş-gəliş mümkün deyil. Bununla belə, ABŞ-ın Kiyevdəki səfirliyinin açıq qaldığı qeyd edilir. Departament Ukraynadakı bütün ABŞ vətəndaşlarından əlaqə saxlamaq üçün onlayn formanı doldurmağı xahiş edir:

“Ukraynada qalmağı planlaşdırırsınızsa, bu xüsusilə vacibdir. Nəhayət, əvvəlki yazımızda qeyd etdiyimiz kimi, kommersiya reysləri Ukraynanın beynəlxalq hava limanlarından mümkündür”.

 

 

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər